“Sabah” klubu futbolçusu Boyan Letiçlə müqavilənin müddətini uzadıb.
Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, 30 yaşlı müdafiəçi ilə 1+1 illik yeni sözləşmə imzalanıb.
Bosniya və Herseqovinadan olan oyunçu fevralda "Sabah"a keçib.
Qeyd edək ki, Boyan Letiç cari mövsüm 11 oyunda iştirak edib və 1 qola imza atıb.