Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahiblərindən penalti ilə Balamirzə Mehdizadə fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyun Azərbaycanın qələbəsi ilə başa çatıb - 3:0.