AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsi təsdiq olunub.
Sportnet.az-ın məlumatına görə, bu barədə qərar İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Komitənin sədri vəzifəsi müvəqqəti olaraq 3 ay müddətinə Xalid Cavadova tapşırılıb. Bu müddət başa çatdıqdan sonra tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə 2024-cü ilin martına qədər uzadılacaq.