Portuqaliya millisinin sabiq futbolçusu Brunu Alveş karyerasını başa vurub.
Sportnet.az məlumatına görə, təcrübəli müdafiəçi 40 yaşında futbolla vidalaşıb.
O, son olaraq Yunanıstan təmsilçisi "Apollon Smirnis"in formasını geyinib.
Qeyd edək k, "Portu" və Türkiyənin "Fənərbağça" klublarında da çıxış etmiş Brunu Alveş 2016-cı ildə Portuqaliya yığması ilə Avropa çempionu olub.