Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb - 1:0.
"İdman TV" telekanalı vasitəsilə canlı yayımlanan görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.
Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.
Yığma B qrupundakı ilk oyununda bu rəqibə 0:2 hesabı ilə uduzmuşdu.
Üçüncü yer uğrunda görüşdə isə Bolqarıstan Qazaxıstanı 4:1 hesabı ilə yenib.
Azərbaycan millisi yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 1:0 hesabı ilə qalib gəlib.
Avropa çempionatı
11 iyun
FİNAL
22:15. Rumıniya - Azərbaycan - 0:1
Qol: Seymur Məmmədov, 25
Koşitse, "Steel Arena"