21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda X turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.
Drammen şəhərindəki “Marienlyst” stadionunda oynanılan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1. Azərbaycan yığmasının yeganə qolunu 66-cı dəqiqədə İldar Alekperov vurub.
Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran Norveç yığması 2023-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqəni təmin edib. Azərbaycan millisi isə seçmə mərhələni 7 xalla 5-ci sırada bitirib.
_____________
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda X turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.
Drammen şəhərindəki “Marienlyst” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Luka Bilbiyanın başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək.
Norveç seçməsi 9 oyundan sonra 21 xalla ikinci pillədə qərarlaşıb. Azərbaycan millisi isə 7 xalla 5-ci sıradadır.
AVRO-2023, seçmə mərhələ
20:00. Norveç – Azərbaycan - 2:1
Baş hakim: Luka Bilbiya (Bosniya və Herseqovina)
Drammen. “Marienlyst” stadionu