"Konfrans Liqası həm klubum, həm də mənim üçün vacib turnirdir. Əla mövsüm keçirməyə köklənmişəm"
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Rafael Utziq avrokuboklara vəsiqə qazanmaları barədə danışarkən deyib.
Braziliyalı hücumçu bildirib ki, hər bir futbolçu belə bir turnirdə oynayamaq istəyər: "Təbii ki, orada çıxış etmək mənim üçün xüsusi olacaq".
"Qırmızı-qaralar"la müqaviləsini yeniləməsinə də toxunan 26 yaşlı forvard əyalət təmsilçisində özünü evindəki kimi hiss etdiyini söyləyib: "Bu klubda üçüncü mövsümümü keçirəcəyəm. Bəzi hallarda danışıqlar aparmalı olduq, amma hər şeyi həll etdik və mən qayıtmaq qərarına gəldim. Çox böyük gözləntilərim var".
Qeyd edək ki, "Qəbələ" Rafael Utziqlə 1 illik yeni müqavilə bağlayıb.