"Neftçi"nin baş məşqçisi postuna əsas namizəd olan ukraynalı mütəxəssis Yuri Vernidub ölkəsinin "Krivbass" komandasının sükanı arxasına keçib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, Krivoy Roq təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. 56 yaşlı baş məşqçi 56 yaşlı baş məşqçi təqdimata hərbi geyimdə qatılıb. O, ordu sıralarında da xidmətini davam etdirəcək.
"Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə Yuri Vernidub hərbi xidmətin növbəti dövrünü keçmək üçün Krivoy Roq şəhərinə - "Krivbas"ın yerləşdiyi yerə göndərilib. Bu, ona və köməkçilərinə əmək qanunvericiliyinə riayət etməklə, asudə vaxtlarında idmançıların yarışlara hazırlanmasında kömək edəcək", - klubun açıqlamasında bildirilib.
Qeyd edək ki, "Neftçi" Yuri Vernidubla razılıq əldə etmişdi. Lakin ukraynlı mütəxəssis ölkəsini tərk edə bilmədiyi üçün təyinat gerçəkləşməyib.