
"Simurq" komandası dünəndən Topaz Premyer Liqasının XXVII turunun hazırlıqlarına start verib. Sportnet.az-ın məlumatına görə, Zaqatala təmsilçisinin məşqində U-21-in heyətində olan Rəşad Əzizli, Vadim Abdullayev və Vüqar Mustafayev iştirak etməyib.
İlk məşq günü baş məşqçi Georgi Çixradze yetirmələrini elə də çox yormayıb. Qaçış və isinmə hərəkətlərindən sonra qısa ötürmələr və qruplara bölünərək "kvadrat" oynanılıb. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb. Bu günkü məşqdə isə əssasən fiziki gücün bərpasından ibarət çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, "Simurq" Topaz Premyer Liqasının XXVII turunda doğma arenada AZAL-ı qonaq edəcək. Qarşılaşma yeni ayın ilk günündə saat 15:00-da start götürəcək.










































































