2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" baxışa gürcüstanlı futbolçu dəvət edib.
Bu barədə Sportnet.az-a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.
Onun sözlərinə görə, "Merani" klubunun mərkəz müdafiəçisi Nika Ketsuriani iyulun 1-dən Tovuz təmsilçisinin düşərgəsinə qoşulacaq.
Bölgə klubu, həmçinin, hazırda azad agent olan "Qarabağ"ın sabiq futbolçusu Faysal Rerrası sınaqdan keçirir. Hazırda komanda ilə birlikdə məşqlərdə iştirak edən 29 yaşlı Mərakeş əsilli belçikalı oyunçu ilə bağlı qərar toplanışın gedişində qəbul olunacaq.
Qeyd edək ki, Faysal Rerras "Qarabağ"ın formasını 2019/2020 mövsümündə geyinib.