Azərbaycan Futzal Federasiyasının strukturunda dəyişiklik olunub.
Qurumdan Sportnet.az-a verilən məlumata görə, vitse-prezident Rəmiş Malıyev tutduğu vəzifədən və İcraiyyə Komitəsinin üzvlüyündən azad olunması barədə müraciət edib.
Elşən Abasov və Rövşən Mirzəyev AFF-nin İcraiyyə Komitəsinin üzvü seçilib, E. Abasov həm də federasiyanın vitse-prezidenti vəzifəsinə təyin edilib.