"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan "Rapid" (Vyana) klubu Avstriya Bundesliqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Vyana təmsilçisi III turda Lustenau "Austriya"sını qəbul edib. "Alyants" stadionunda oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Meydan sahiblərindən 21-ci dəqiqədə Qvido Burqştaller, qonaqlardan isə 70-ci dəqiqədə Stefano Surdanoviç fərqləniblər. 57-ci dəqiqədə paytaxt klubundan Ante Bayiç ikinci sarı vərəqəni alaraq. meydandan qovulub.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Rapid" 2-ci pilləyə yüksəlib.
Qeyd edək ki, avqustun 11-də Vyanada keçiriləcək "Rapid" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bakıdakı ilk görüş "ağ-qaralar"ın qələbəsi ilə başa çatıb - 2:1.