Futbol üzrə Braziliya millisinin baş məşqçisi Tite Fransa yığmasının və PSJ-nin hücumçusu Kilian Mbappenin dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Avropadan daha asan olması ilə bağlı fikirlərinə münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, 61 yaşlı mütəxəssis ESPN telekanalına müsahibəsində forvardla razılaşmadığını söyləyib.
O bildirib ki, Cənubi Amerika ölkələri arasındakı duellər "köhnə qitə"dəkindən qat-qat çətin və balanslıdır: "Boliviyada, Uruqvayda oynamaq asan deyil. Amma təbii ki, Mbappe bundan xəbərsizdir. Üstəlik, bizdə asanlıqla xal ala biləcəyimiz Azərbaycan kimi rəqib yoxdur".
Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisinə rəhbərlik edir.