İngiltərənin "Mançester Siti" klubu futbolçusu Bernardu Silvanı İspaniya "Barselona"sına satmaqdan imtina edib.
Sportnet.az "Daily Star"a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ən azı mövsümün sonunadək "şəhərlilər"də qalacaq.
Portuqaliyalı oyunçu ilə Fransa təmsilçisi PSJ də maraqlanıb. Parislilər Silva üçün 70 milyon avro ödəməyə hazır olsa da, yarımmüdafiəçi bu komandada oynamaq istəməyib.
Qeyd edək ki, Bernardu Silvanın klubla müqaviləsi 2025-ci ildə başa çatmalıdır.