
Türkiyənin "Fənərbağça" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportnet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Marsel Tisseran Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçib.
Konqo Demokratik Respublikasından olan 29 yaşlı yarımmüdafiəçi 2020-ci ilin sentyabrında Almaniya "Volfsburq"undan "Fənərbağça"ya keçmişdi.