Fransanın PSJ klubu futbolçusu Erik Junior Dina Ebimbe ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Fransalı oyunçu cari mövsüm icarə əsasında Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunda çıxış edəcək.
Qeyd edək ki, Erik Junior Dina Ebimbe ötən mövsüm bütün turnirlərdə 14 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.