"Hər bir oyunçu "Hayduk"un ev oyunlarını keçirdi Polyud" stadionundakı ab-havanı hiss etməyi və bundan zövq almağı arzulayır. Bu komandanın oyunçusu olanadək və dolu tribunlar önündə meydana qaçmasan bunu təsvir etmək olmaz".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç "İndex" nəşrinə müsahibəsində deyib.
31 yaşlı yarımmüdafiəçi "Hayduk"dakı çıxış etdiyi dönəmi xatırlayıb və azarkeşlərin ona kluba qayıtmaq üçün zənglər etmədiyini bildirib: "Mən orada zədələrə görə uğursuz çıxış etdim. Əlimdən gələni edə bilmədiyim üçün təəssüflənirəm. Hətta maksimum formama yaxınlaşa bilmədim. Həqiqətən çox uğursuzluq var idi".
Ozobiç Xorvatiya təmsilçisinin İspaniya "Vilyarreal"ına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu haqqında da fikirlərini bölüşüb: "Hayduk"un kimə qarşı oynadığını nəzərə alsaq, komanda 2:4 hesabı ilə uduzduğu ilk görüşdə yaxşı nəticə əldə edib. İki il əvvəl UEFA Avropa Liqasında bu rəqibə qarşı oynamışdım. Ona görə də "Vilyarreal"ın hansı keyfiyyətə malik olduğunu yaxşı bilirəm".