"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Yunanıstan "Olimpiakos"u futbolçusu Kostas Fortounis ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az Afina təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Kostas Fortounis 2014-cü ildən "Olimpiakos"da çıxış edir. "Köhlən atlar" bu komandaya qarşı ilk matçını oktyabrın 6-də səfərdə, növbəti görüşünü isə bir həftə sonra Bakı keçirəcək.