"İki fərqli hissə izlədik. Komandanın oyunundan razı qaldım".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis hər iki tərəfin yaxşı mübarizə apardığını bildirib: "İlk hissədə üstünlük tərəfimizdə olsa da,qol fürsətlərindən yararlana bilmədik. Komandanın dinamikası xoşuma gəldi. Daha çox hücumda oynamağa çalışırdıq. Mövsüm uzundur, hələ heç nə itirilməyib. Səhvlərimizi analiz edib, növbəti matçlarda daha inamlı çıxış edəcəyik".
Həftə ərzində Pro kateqoriyası ilə bağlı ölkə xaricində olan Baxşıyev bu amilin məğlubiyyətdə hər hansı rol oynamadığını söyləyib: "Peşəkar komandayq. Heyətdə məni əvəzləyə biləcək mütəxəsisslər var. Sadəc, oyunun taleyini buraxlan ilk qol həll etdi".
O, müdafiəçi Murad Musayevin meydana çıxmamasının səbəbini də açıqlayıb: "Mikro zədəsi var idi. Riskə atmaq istəmədik".
Baş məşqçi transfer məsələsinə də toxunub: "Bu heyətlə davam edəcəyik. Amma hər şey ola bilər".