"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Fransanın "Nant" komandası çempionatda V turun oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, "Nant" "Strasbur"un qonağı olub.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahiblərinin Seneqaldan olan hücumçusu Habib Diallo 28-ci dəqiqədə hesabı açsa da, "Nant"ın misirli forvardı Mustafa Məhəmməd 85-ci dəqiqədə matçda tarazlığı bərpa edib. 63-cü dəqiqədə isə "Nant"ın baş məşqçisi Antuan Kombuare sarı vərəqə də alıb.
Qeyd edək ki, "Nant" hazırda 6 xalla 11-ci pillədədir.