UEFA Avropa Liqasında həftənin futbolçusu adına bütün namizədlər açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bunlar İtaliya "Latsio"sundan Matias Vesino, Macarıstan "Ferentsvaroş"undan Tokmak Nquen, İngiltərə "Arsenal"ından Markinyos və İspaniya "Betis"indən Villian Jozedir.
Uruqvaylı Vesino Niderland "Feyenoord"una 4:2 hesabı ilə qalib gəldikləri görüşdə meydanın mərkəzindən qol vurub.
Keniya əsilli norveçli Nquen Türkiyə "Trabzonspor"unu 3:2 hesabı ilə yendikləri qarşılaşmada 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliyalı Markinyos "Sürix"i 2:1 hesabı ilə yendikləri görüşdə qol və məhsuldar ötürmə müəllifi olub.
Daha bir "sambaçı" Joze isə Finlandiyada HİK-ə 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada "dubl" edib.
Qeyd edək ki, həftənin futbolçusu UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə nəticəsində müəyyənləşəcək.