Futzal üzrə dünya çempionatının əsas mərhələsinin qrup oyunlarına hazırlıq məqsədilə Qazaxıstan yığması ilə yoldaşlıq oyunları keçirəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, baş məşqçi Joze Alesio Da Silva sentyabrın 12-dən başlanacaq təlim-məşq toplanışına 13 futzalçı dəvət edib.
Sezar De Angelis Jonatan, Amir Şojaei və Hadi Ahmadi komandaya Qazaxıstanda qoşulacaq. Toplanış 5 gün davam edəcək. Oyunlar isə Aktau şəhərindəki “Halyk Arena”da keçiriləcək və yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq.
Komanda səfərə sentyabrın 16-sı gecə saatlarında yola düşəcək.
Milli komandanın heyəti:
№ |
Ad və Soyad |
Klub |
Təvəllüd |
1 |
Rövşən Hüseynli |
Araz-Naxçıvan |
03-04-1991 |
2 |
Ramiz Çovdarov |
Araz-Naxçıvan |
28-07-1990 |
3 |
Emin Kürdov |
Neftçi İK |
10-07-1984 |
4 |
Cohnatas Felipe “Felipinyo” |
Araz-Naxçıvan |
26-10-1993 |
5 |
Xəzər Ağalızadə |
Araz-Naxçıvan |
31-12-2003 |
6 |
Amir Shojaei |
Bayterek (Qazaxıstan) |
01-04-1988 |
7 |
Hadi Ahmadi |
Bayterek (Qazaxıstan) |
26-04-1994 |
8 |
Eduardo Borges |
Halle-Gooik (Belçika) |
14-10-1986 |
9 |
Rafael Vilela |
Kayrat (Qazaxıstan) |
12-03-1993 |
10 |
Everton Cardoso |
Bintang Timur (İndoneziya) |
04-12-1987 |
11 |
Oktay Rüstəmli |
Araz-Naxçıvan |
06-04-1994 |
12 |
Cesar De Angelis Zhonatan |
Ayat (Qazaxıstan) |
17-12-1987 |
13 |
Nurlan Mehdizadə |
Neftçi İK |
30-11-2001 |