
Topaz Premyer Liqasının XXIX turunda "Neftçi"ni qəbul edəcək "Xəzər Lənkəran" matçın hazırlığına start verib. Sportnet.az-ın məlumatına görə, cənublular dünəndən başlayaraq Lənkərandakı bazasında məşqləri bərpa edib.
Komandanın hazırlığına bütün futbolçular qatılıb.
Qeyd edək ki, aprelin 9-da keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşması saat 17:00-da başlayacaq.









                 





    
    
    
    
    
    
    
    
    






















































