
"Qarabağ"a qalib gəlmək istəyirik. Bunu bacara bilərik".
Sportnet.az-ın məlumatına görə, bunu "Olimpiakos"un baş məşqçisi Miçel Qonsales Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis bildirib ki, 3 xal qazanmaqdan başqa düşüncələri yoxdur: "Hansı komandanı təmsil etdiyimizi yaxşı bilirik. Mənim oyun fəlsəfəm ancaq qələbəyə hesablanıb. İlk addımı atmalıyıq".
59 yaşlı baş məşqçi "Qarabağ"ın çox yaxşı komanda olduğunu bildirib: "Bəzi top komandalarla oyunlarda gözəl qələbələr qazanıb. İllərdir avrokubokların qrup mərhələsində çıxış edir. Rəqibə hörmətlə yanaşırıq".
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.