
"Qarabağ"ın futbolçusu Marko Yankoviç Yunanıstanda "Olimpiakos"a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçını buraxacaq.
Sportnet.az-ın məlumatına görə, zədədən yenicə qayıdan monteneqrolu yarımmüdafiəçinin adı oyunun iştirak ərizəsindən çıxarılıb.
Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.