Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Eddi İsrafilov zədələnib.
Sportnet.az xəbər verir ki, "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının VIII tur oyunundan sonra ayağında ağrılar hiss edən 30 yaşlı yarımmüdafiəçi 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu isə o deməkdir ki, təcrübəli oyunçu "ağ-qaralar"ın ölkə çempionatında "Kəpəz", "Sabah", "Zirə", "Sumqayıt" və "Qəbələ"yə qarşı keçirəcəyi görüşləri buraxacaq. O, həmçinin noyabrın 16-da Moldova və bundan 4 gün sonra Şimali Makedoniya ilə yoldaşlıq matçlarında yığmaya kömək edə bilməyəcək.