Azərbaycan qadınlardan ibarət milli komandasının baş məşqçisi Amina Abdellatif Sportnet.az-a açıqlamasında komandanın hazırlıq vəziyyətindən danışıb.
Mütəxəssis bildirib ki, Avropa çempionatına sayılı günlər qalıb və komanda bu müddət ərzində bir neçə beynəlxalq təlim-məşq toplanışında iştirak edib:
“Avropa çempionatına getməyimizə bir neçə gün qalıb. Bu günə qədər bir neçə beynəlxalq təlim-məşq toplanışlarında iştirak etmişik. Ümumilikdə hazırlıq vəziyyəti yaxşı gedir. Bakıdakı dünya çempionatından öncə bu, bizim üçün son yarışdır. Ümid edirəm ki, nəticələrimizin hamısı uğurlu olacaq. Hər qatıldığımız yarışa medal qazanmaq arzusu ilə gedirik. Kontinental yarışlar arasında ən yüksək səviyyəli turnir Avropa çempionatıdır. Biz də ora yüksək nəticə əldə etmək məqsədilə yollanırıq. Əks halda, iştirak etməyin mənası olmazdı”.
















































































