Futzal üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Sportnet.az xəbər verir ki, yığma yenidən Gürcüstan millisi ilə üz-üzə gəlib.
Görüş Tbilisi şəhərindəki İdman Sarayında saat 14:00-da başlayıb.
Millimiz rəqibinə 2:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüşdə də gürcülər 4:2 hesablı qələbə qazanmışdı.
Gürcüstan – Azərbaycan (2:1) 5:2
Yoldaşlıq oyunu
11 aprel. Tbilisi Arena. Saat 14:00
Hakimlər: Grigol Bliadze, Aleksandre Qrdzelişvili, Qoça Taruaşvili
Timekeeper: Sopiko Rizhamadze
Qollar: Nikoloz Qabriçidze, 3:03, Levan Svanidze, 14:09, Giorgi Çimakadze, 34:02 , 38:16, Nikoloz Kurtanidze, 37:26 // Nihad İsmayılov, 13:02, Ədalət Ələkbərov, 39:37
Sarı vərəqələr: Vaxtanq Kekeliya, 30:51 // Fərid Abbasov, 8:55, Nihad İsmayılov, 14:09, Emil Həsənzadə, 29:24
Gürcüstan
16. Əli Aslani (q), 2. Nikoloz Qabriçidze, 4. Giorgi Çimakadze, 6. Janiko Giorgia, 7. Şota Topuria, 1. Luka Xarşiladze (q), 12. Tornike Bukia (q), 3. Saba Tkeşelaşvili, 8. Vaxtanq Kekeliya, 9. İrakli Todua (k), 10. Vaxtanq Jvaraşvili, 11. Nika Xaratişvili, 14. Nukri Tçumburidze, 17. Arçil Sebiskveradze, 18. Nikoloz Kurtanidze, 19. Saba Egriselaşvili, 20. Levan Svanidze
Baş məşqçi: Avtandil Asatiani
Azərbaycan
1. Emin Kürdov (q, k), 5. Oqtay Rüstəmli, 9. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 20. Fərid Abbasov, 12. Rövşən Hüseynli (q), 3. Kənan Manafov, 4. Pünhan Qasımzadə, 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 15. Novruz Kazıxanov, 17. Ədalət Ələkbərov, 18. Tofiq Əliyev
Baş məşqçi: Yevgeni Kukseviç














































































