İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Yunayted" yay transfer pəncərəsində heyətinə sol cinah müdafiəçisi qatmağı planlaşdırır.
Sportnet.az "Goal" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" müqavilə ilə "İnter"ə məxsus, icarə əsasında "Marsel"də çıxış edən Benjamin Pavard ilə yaxından maraqlanır.
A Seriyası təmsilçisinin gələcək planlarında yer almayan 30 yaşlı müdafiəçi ilə "Əl Nəssr", "Əl Hilal" və "Qalatasaray" klubları da maraqlanır.
Qeyd edək ki, Pavardın "İnter Milan"la müqaviləsi yayda başa çatır.















































































