Dünən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində oynanılan "Sportinq" - "Arsenal" matçında (0:1) "topçular"ın futbolçusu Maks Douman tarixə keçib.
Sportnet.az xəbər verir ki, 16 yaşlı oyunçu bu mərhələdə meydana çıxan ən gənc oyunçu olub (16 yaş 97 gün).
Qeyd edək ki, öncəki rekord 16 yaş 272 günlüyündə PSJ-yə qarşı meydana çıxan "Barselona"nın hücumçusu Lamin Yamala məxsus idi.














































































