Coy Lens Mikels “Sabah”ın heyətində 70-ci qolunu vurub.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı hücumçunun yubiley topu Azərbaycan Premyer Liqasının XXVII turuna təsadüf edib.
O, “Zirə” ilə ev görüşündə (2:2) fərqlənib.
Mikels bu göstərici ilə “Sabah” tarixinin ən yaxşı bombardiridir. O, 70-ci qolunu 133-cü oyununda vurub. Forvardın orta məhsuldarlığı 0,53-ə bərabərdir.
32 yaşlı vinger bu qollardan 56-nı Premyer Liqada vurub. O, Azərbaycan kubokunda 6, Konfrans Liqasında 5, Avropa Liqasında 3 dəfə fərqlənib.
Qeyd edək ki, Coy Lens Mikels “Sabah”da ilk qolunu 2021-ci il sentyabrın 26-da “Neftçi” ilə çempionatdakı ev oyununda (1:2) vurub.

















































































