"Sabah" və basketbol üzrə milli komandanın üzvü
Emmanuel Agbason FIBA Gənclər Çempionlar Liqasında (Youth Champions League) rəmzi "5"likdə yer alıb.
Sportnet.az-ın xəbərinə görə, basketbolçu bir sıra ortalama statistik göstəricilər üzrə birinci olub.
Effektivlik: 35.0
Xal: 24.5
Ribaund: 16.5
Blok-şot: 4.5
Emmanuel Agbason Gənclər Çempionlar Liqasında Türkiyənin "Tofaş Bursa" klubu ilə keçirilən oyunda double double a imza atıb.
"Sabah" BK-nın 86:60 hesablı qələbəsi ilə başa çatan oyunda 26 xal, 23 ribaundla qələbədə əsas pay sahiblərindən olub.
"Sabah"ın Almaniya təmsilçisi "Porşe BBA Lyudviqsburq" komandasını 72:61 hesabı ilə məğlub etdiyi oyunda isə 28 xal, 20 ribaund, 8 blok-şotla turnirin rekord göstəricisinə imza atıb.
Xatırladaq ki, "Sabah" BK Azərbaycan basketbolu tarixində ilk dəfə iştirak etdiyi Gənclər Çempionlar Liqasında 12 komanda arasında 7-ci olub.











































































