Futzal üzrə Azərbaycan millisi bu gün "Gürcüstan"a 1:4 hesabı ilə məğlub olub.
Sportnet.az xəbər verir ki, Tiflisdə baş tutan görüşdən sonra yığmanın baş məşqçisi Yevgeni Kukseviçin Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidmətinə açıqlaması:
“Bu gün fərdi olaraq çox səhvlərə yol verdik. Səhvlərimizdən rəqib maksimum istifadə etdi və psixoloji baxımdan üstünlük qazandı. Xüsusilə də təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim. Demək olar ki, rəqib özü qol vəziyyəti yaratmadı, biz o vəziyyətləri verdik onlara. Fiziki baxımdan da bilirdik ki, üst səviyyədə deyilik. Bu, ikinci hissədə aşkar özünü büruzə verdi. Əsas fərdi səhvlər üzərində işləməliyik. Bu oyunlar göstərdi ki, qapımıza vurulan qollarda özümüz rəqibə daha çox kömək etmiş oluruq”.

















































































