Türkiyə Super Liqası təmsilçisi "Beşiktaş" yay üçün transfer çalışmalarını davam etdirir.
Sportnet.az-ın məlumatına görə, İstanbul klubu mövsümün sonunda "Borussiya" ilə müqaviləsi başa çatacaq Salih Özcanı azad agent kimi heyətinə qatmaq istəyir.
Baş məşqçi Sergen Yalçının yaxından tanıdığı və bəyəndiyi 28 yaşlı müdafiəçi rəhbərliyin əsas transfer hədəflərindən biridir.
Qeyd edək ki, Salih Özcan peşəkar karyerası boyunca "Köln", "Holşteyn", "Borussiya" və "Volfsburq" klublarında çıxış edib.
















































































