İspaniya La Liqası təmsilçisi "Real Madrid" yeni baş məşqçi axtarışlarına davam edir.
Sportnet.az "Indykaila" nəşrinə istinadən xəbər verir ki, "kral klubu" hal-hazırda müvəqqəti olaraq komandaya rəhbərlik edən Alvaro Arbeloanın əvəzinə yeni baş məşqçi axtarır.
Madrid klubunun əsas prioriteti hazırda Fransa millisinə rəhbərlik edən Didye Deşamdır.
"Real" DÇ-2026-dan sonra vəzifəsini tərk etməsi gözlənilən mütəxəssislə danışıqlara başlayıb.
Qeyd edək ki, Deşam 2010-cu ildən Fransa millisinin baş məşqçisidir.
















































































