Çox vacib qələbə qazandıq. Oyunun əvvəlindən həyəcan var idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycsn Premyet Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.
Türkmənistanın mütəxəssis bildirib ki, hesabı 2:0 etdikdən sonra qələbəni qorumaq üçün oynayıblar: "Bir top buraxdıq, sevinirik ki, ikincisini buraxmadıq. Ot örtüyü yaxşı idi. Ümid edirik ki, belə də qalacaq. Klub rəhbərinə təşəkkür edirik".
O bildirib ki, "Zirə"yə qarşı Azərbaycan Kubokunun ilk yarımfinal matçında 2 penaltilərjni verməyən baş hakim Əliyar Ağayev yenidən oyunlarına təyinat alacağı halda, çıxış.edəcəkdilər: "Hakimlərdən heç kimi tanımıram. Üzdən tanıyıram, amma adlarını bilmirəm. Əliyar Ağayev yenə təyin olunsaydı, nə etməli idik? Oynayacaqdıq. Növbəti oyun çox vacibdir. Hazırlaşacağıq. Avrokuboklara nə qədər hazır olduğumuzu indidən demək çətindir. Kiminlə möhkəmlənəcəyimiz əsas məsələdir".
Berdıyev yeni müqavilə məsələsi barədə isə bunları deyih: "Turan Tovuz"la müqaviləmin uzadılıb-uzadılmaması klubdaxili məsələdir. Burada hər şey məni qane edir, xoşuma gəlir, ürəyimizcədir. Qərar klub rəhbərinə aiddir".













































































