Kosovo millisinin hücumçusu Vedat Muriqi La Liqanın tarixinə keçib.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı forvard "Malyorka"nın klub tarixinin bombardiri olub.
O, dünən "Rayo Vallenkano"nun qapısından keçirdiyi topla komandasının 1:0 hesablı qələbə qazanmasında ciddi pay sahibi olub.
La Liqa təmsilçisinin heyətində ümumi 55-ci qolunu vuran Muriqi bu göstərici ilə Samuel Etonu geridə qoyub.
Qeyd edək ki, o, 2022-ci ildən "Malyorka"nın şərəfini qoruyur










































































