Azərbaycan Premyer Liqasında XXVII turun ikinci oyun gününə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, günün son matçında "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib.
"Palms Sports Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 32-ci dəqiqədə İmadi Faraj açıb. 57-ci dəqiqədə Breno Almeyda fərqi artırıb. Qonaqların yeganə qolunu isə 65-ci dəqiqədə Slavik Alxasov vurub.
Bununla da xalını 43-ə çatdıran "Neftçi" 5-ci pillədə möhkəmlənib və 4-cü yerdə gedən "Zirə" ilə fərqi minimuma endirib. "Araz-Naxçıvan" isə 39 xalla 6-cı mövqedə qalıb.
Qeyd edək ki, XXVII turun əvvəlki oyunlarında "Karvan-Yevlax" evdə "Kəpəz"i 4:1 hesabı ilə yenib, "Şamaxı" "Qarabağ"la 0:0, "Sabah" "Zirə" ilə 2:2 hesablı heç-heçə edib. Tura aprelin 12-də keçiriləcək "Qəbələ" - "İmişli" və "Turan Tovuz" - "Sumqayıt" görüşləri ilə yekun vurulacaq.
-----------------------------------------------
Azərbaycan Premyer Liqasının XXVII turunun daha bir matçı başa çatıb.
Sportnet.az-ın xəbərinə görə, "Sabah" "Zirə"ni qonaq edib.
"Bank Respublika Arena"da keçirilən matçın ilk hissəsi zirəlilərin üstünlüyü ilə başa çatıb - 2:1. 16-cı dəqiqədə Masazır təmsilçisi Coy Lens Mikelsin qolu ilə hesabı açsa da, "Zirə" Ruan Renatonun 32-ci dəqiqədə penaltidən vurduğu qolla hesabı bərabərləşdirib. 40-cı dəqiqədə isə qonaqların forvardl Eren Aydın komandasını hesabda önə keçirən topu vurub.
İkinci hissə isə ilk 45 dəqiqəyə nisbətən daha az məhsuldar keçib. Hissənin yeganə qolunu 60-cı dəqiqədə "Sabah"ın müdafiəçisi İqor Noqeyro vurub. Beləliklə, matç sülh ilə başa çatıb - 2:2.
Beləliklə, xalını 66-ya çatdıran "Sabah" 1-ci, 44 xala malik "Zirə" 4-cü pillədə qalıb.
--------------------------------
Azərbaycan Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın xəbərinə görə, "Qarabağ" "Şamaxı"nın qonağı olub.
Şamaxı Şəhər Stadionunda keçirilən görüş qolsuz bərabərliklə yekunlaşıb - 0:0/
Bununla da, çempionluq mübarizəsində ciddi zərbə alan "Qarabağ" xal ehtiyatını 66-ya yüksəldərək ikinci yerdə qərarlaşıb. "Şamaxı" isə 33 xalla 7-ci pillədədir.
-------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXVII turun daha 3 görüşü keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Şamaxı" və "Qarabağ" komandaları üz-üzə gələcək.
Şamaxı şəhər stadionunda keçirilən oyun saat 15:30-da start götürəcək. Qarşılaşmanı çimərlik futbolu üzrə sabiq FIFA referisi İnqilab Məmmədov idarə edəcək.
Meydan sahibləri görüşə iki aparıcı futbolçusu - Dioqo Balau və Karim Rossisiz çıxacaq. Hər iki legioner cəzalıdır.
Hazırda "Şamaxı" 26 oyundan 31 xalla 8-ci, "Qarabağ" 25 oyundan 55 xalla 2-ci yerdə gedir. Komandalar indiyədək 80 dəfə üz-üzə gəliblər. Qarşılaşmaların 13-də "Şamaxı", 42-də "Qarabağ" qalib gəlib, 25-də heç-heçə qeydə alınıb. Topların nisbətində də Ağdam təmsilçisi xeyli öndədir - 117:47.
Şəxsi görüşlərə gəldikdə, “Şamaxı” çempionatdakı son 25 görüşdə qələbə qazanmayıb. “Qarabağ” axırıncı 5 səfərdə qalib gəlib.
Günün növbəti matçında "Sabah" və "Zirə" komandaları münasibətlərinə aydınlıq gətirəcək. "Bank Respublika Arena"da FIFA referisi Tural Qurbanovun idarə edəcəyi oyun saat 18:00-da başlanacaq. Masazır təmsilçisi 65 xalla 1-ci, "Zirə" isə 43 xalla 4-cü yerdə gedir.
Komandalar 30-cu dəfə üz-üzə gələcəklər. Əvvəlki matçların 12-də "Sabah", 8-də "Zirə" qələbə qazanıb, 9-u heç-heçə ilə yekunlaşıb. Topların nisbətində yerli komandanın üstünlüyü belədir - 38:30. “Zirə” son 5 matçda qalib gəlməyib. Axırıncı 6 qarşılaşmada 2 və ya daha çox qol vurulub.
Nəhayət, günün son görüşündə yüksəlişdə olan "Neftçi" və qeyri-sabit çıxışı ilə seçilən "Araz-Naxçıvan" komandaları qarşılaşacaq.
Hazırda paytaxt komandası 25 oyundan 40 xalla 5-ci, Muxtar Respublika təmsilçisi 26 oyundan 39 xalla 6-cı pillədə qərarlaşıb. Tərəflər 15-ci dəfə qarşılaşacaqlar.
Əvvəlki oyunların 5-də "Neftçi", 4-də "Araz-Naxçıvan" qələbə qazanıbsa, daha 5 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində "ağ-qaralar"ın ciddi üstünlüyü var - 29:10. Son iki şəxsi görüşdə 4 qol vurulub. “Neftçi” axırıncı 3 ev matçında qalib gəlməyib.
-----------------------------------------------
Azərbaycan Premyer Liqası, XXVII tur
11 aprel (şənbə)
15:30. “Şamaxı” – “Qarabağ” - 0:0
Sarı vərəqələr: Həbib İsmayılov, 82 (qeyri-idman hərəkəti); Rikardo Fernandes, 89 (oyunun bərpasının ləngidilməsi) - Şahruddin Məhəmmədəliyev, fasilədə (qeyri-idman hərəkəti); Kadi Borges, 62 (qeyri-idman hərəkəti); Kamilo Duran, 63 (hakimin qərarına etiraz); Marko Yankoviç, 89 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu, 2100 tamaşaçı
“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev (10. Andrey Tirkoveanu, 79) 97. Oruc Məmmədov (27. Emil Süleymanov, 86) 82. Rüfət Abbasov 7. Edqar Adilxanov (8. Alfons Msanqa, 59) 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 4. Sezar Enrike 44. David Santos 19. Abdullahi Şuaybu (80. Həbib İsmayılov, 59)
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 88. Rodriqo Fernandeş
Baş məşqçi: Ayxan Abbasov
“Qarabağ”: 99. Mateus Koxalski 30. Abbas Hüseynov (27. Toral Bayramov, 67) 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) (8. Marko Yankoviç, 72) 81. Kevin Medina 20. Kadi Borqes (22. Musa Qurbanlı, 67) 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
18:00. “Sabah” – “Zirə” - 2:2
Qollar: Coy Lens Mikels, 16. İqor Noqeyra, 51 - Ruan Renato, 32 (pen); Eren Aydın, 45
Sarı vərəqələr: Umarali Raxmonaliyev, 82 (qeyri-idman hərəkəti) - Ayron Qomis, 45+2 (qeyri-idman hərəkəti); Tiaqo Silva, 55 (oyun qaydalarının sistematik şəkildə pozulması); İssa Cibrila, 62 (hakimin qərarına etiraz)
Qollar: Coy Lens Mikels, 16; İqor Noqeyra, 51 - Ruan Renato, 32 (pen.); Eren Aydın, 41
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”, 1320 tamaşaçı
“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev (19. Aron Maluda, 66) 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris (99. Patrik Mbina, 76) 7. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 12. Rauf Əyyubov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila (25. Enrike Kustodio, 73) 93. Brahim Konate (14. Elçin Əlicanov, 90+4) 5. Ange Mutsinzi 17. Ayron Qomis (21. Hacıağa Hacılı, 80) 22. Eren Aydın (28. Leroy Mikels, 73)
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 29. Ceyhun Nuriyev 10. Giorgi Papunaşvili 11. Junior Martins
Baş məşqçi: Rəşad Sadıqov
20:00. “Neftçi” – “Araz-Naxçıvan” - 2:1
Qollar: İmad Faraj, 32; Breno Almeyda, 57 - Slavik Alxasov, 65
Sarı vərəqələr: Patrik Andrade, 20 (qeyri-idman hərəkəti); Bar Kohen, 81 (qeyri-idman hərəkəti); Ömər Buludov, 90 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Palms Sports Arena”, 2200 tamaşaçı
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) (6. Sessi Dalmeyda, 78) 15. Elvin Bədəlov 7. Emil Səfərov (23. Cordan Rezabala, 88) 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda (28. Alessio Kurçi, 78) 11. İmad Faraj (47. Murad Məmmədov, 78) 10. Freddi Varqas (45. Vensan Abubakar, 84)
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 14. Edvin Kuç 27. Kristian Kostin 22. Luis Ortis
Baş məşqçi: Yuri Vernidub
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade (8. Coşqun Diniyev, 63) 17. İssuf Paro (5. Slavik Alxasov, 63) 23. Nuno Rodriqes (19. Bar Kohen, 75) 7. Hamidu Keyta 10. Felipe Santos (70. Şarl Boli, 63) 11. Ba-Muaka Simakala (16. Ramon Maçado, 81)
Ehtiyat oyunçular: 12. Kristian Avram 14. Ülvi İsgəndərov
Məşqçi: Vadar Nuriyev
Xatırladaq ki, XXVII turun ilk matçında "Karvan-Yevlax" "Kəpəz"i darmadağın edib - 4:1. Tura aprelin 12-də keçiriləcək "Qəbələ" - "İmişli" və "Turan Tovuz" - "Sumqayıt" görüşləri ilə yekun vurulacaq.


















































































