Peşəkar Futbol Liqası tərəfindən Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri təftiş olunub.
Sportnet.az xəbər verir ki, daha öncə "Turan Tovuz" - "Sumqayıt matçının Tovuz Şəhər Stadionunda keçirilməsinə icazə verməsi ilə bağlı xəbər yer alırdı.
Keçirilmiş test oyununun nəticələrinə əsasən qərb təmsilçisinin ev oyunlarını 12 apreldə nəzərdə tutulmuş "Sumqayıt"a qarşı matçdan etibarən Tovuz şəhər stadionunda keçirilməsinə qərar verilib.

















































































