AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportnet.az xəbər verir ki, toplantıda "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyevə görə klubun cəzalandırılması barədə qərar çıxarılıb.
Qərara əsasən, Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinin “Turan Tovuz” – “Zirə” görüşü bitdikdən sonra Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verib.
Bu səbəbədən, klub 15 000 manat cərimələnib.












































































