İngiltərənin "Mançester Siti" klubu baş məşqçisi Xosep Qvardiola ilə yeni müqavilə imzalayacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano sosial şəbəkə hesablarında paylaşım edib.
O bildirib ki, tərəflər sözləşmə müddətinin uzadılması barədə razılığa gəliblər. Yeni müqavilə 2025-ci yayınadək nəzərdə tutulub.
Romanonun sözlərinə görə, ispaniyalı mütəxəssis bundan sonra həm də transfer siyasəti ilə məşğul olacaq.
Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "şəhərlilər"ə başçılıq edir.