“Sabah” Futbol Akademiyasında yeni təyinat olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sas komandanın sabiq futbolçusu Rəşad Eyubov bundan sonra U-19 kollektivində köməkçi məşqçi kimi çalışacaq.
Qeyd edək ki, keçmiş yarımmüdafiəçi 2018/2019 və 2019/2020 mövsümlərində “Sabah”ın şərəfini qoruyub. O, əsas komandanın heyətində 24 oyun keçirib, 3 qol vurub.