Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Seneqal yığmasını 3:0 hesabı ilə darmadağın edən İngiltərə adını 1/4 finala yazdırıb.
İlk qolu 39-ci dəqiqədə Cordan Henderson vurub. Birinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə kapitan Harri Keyn fərqi 2 topa çatdırıb. Görüşdə son nöqtəni isə 57-ci dəqiqədə fərqlənən Bukayo Saka qoyub.
İngiltərə millisi bu qələbə ilə növbəti raundda Fransa kollektivinə rəqib olub.
Qeyd edək ki, daha əvvəl Niderland və Argentina yığmaları 1/4 finala yüksəlib.
-----------------------------------------
Fransa millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsin vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, Didye Deşamın rəhbərlik etdiyi kollektiv 1/8 finalda Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib.
"Xoruzlar"dan qolları 44-cü dəqiqədə Olivye Jiru, 74 və 90+1-ci dəqiqələrdə Kilian Mbappe vurub. Polşalıların təsəlli qoluna isə matçın əsas vaxtına əlavə olunmuş 9-cu dəqiqədə penaltidən Robert Levandovski imza atıb.
Fransa yığması növbəti mərhələdə İngiltərə - Seneqal görüşünün qalibi ilə qarşılaşacaq.
------------------------------------------
Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında Fransa Polşa ilə üz-üzə gələcək.
"Al Tumama" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Xesus Valensuela idarə edəcək.
Bu cütün qalibi 1/4 finalda İngiltərə - Seneqal oyununun güclüsünə rəqib olacaq. "Əl Bayt" stadionundakı həmin matç Salvadordan olan FIFA referisi İvan Bartona tapşırılıb.
DÇ-2022, 1/8 final
4 dekabr
19:00. Fransa - Polşa - 3:1
Qollar: Olivye Jiru, 44. Kilian Mbappe, 74; 90+1 - Robert Levandovski, 90+9 (penalti)
23:00. İngiltərə - Seneqal - 3:0
Qollar: Cordan Henderson, 38. Harri Keyn, 45+3. Bukayo Saka, 57
Qeyd edək ki, hələlik Niderland və Argentina komandaları 1/4 finala yüksəliblər.