Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Musa Qurbanlı karyerasını Polşada davam etdirə bilər.
Sportnet.az-ın “Sportowefakty.wp.pl”ə istinadən məlumatına görə, “Poqon” klubu 20 yaşlı oyunçunun xidmətində maraqlıdır.
Yeni hücumçu axtarışında olan Ekstraklassa təmsilçisi Qurbanlını heyətinə cəlb etməyi düşünür.
Yeganə problem kimi gənc forvardın “Qarabağ”la müqaviləsinin 2024-cü ilin yayına qədər qüvvədə olması göstərilib. Lakin vurğulanıb ki, “Poqon” onun transferi müqabilində Azərbaycan çempionuna təzminat ödəməyə qarşı deyil.
Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm Azərbaycan Premyer Liqasında keçirdiyi 13 oyunda 11 qol vurub.