"Futbolçular süni meydanda oynamaqdan qorxurlar".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf səfərdə "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis matçın çətin keçdiyini bildirib: "Tovuzda çox gözəl infrastruktur yaradılıb. Azarkeşlər oyunlara gəlirlər. Amma meydanın ot örtüyü dəyişdirilsə, ölkə futbolu üçün daha yaxşı olar. Həm oyunçular, həm də Azərbaycan futbolu daha yaxşısına layiqdir. Çünki liqada keyfiyyətli komandalar var. Bu cür görüşlərə hazırlaşmaq çətindir. Burada əsas məqsəd mükəmməl futbol sərgiləmək yox, üç xalla Bakıya dönmək idi".
Rumıniyalı baş məşqçi hər gün təbii otun üzərində məşqlər etdiklərini xatırladıb: Birinci hissədə Fərid Yusifli sıradan çıxdı. Onun əvvəlcədən xroniki zədəsi var idi və əməliyyat olunacaq".
Regekampf Qodsvey Donyonun məşqdə zədələndiyini xatırladıb: "O, qaçarkən sürüşüb. Ağrıları möhkəmləndiyi üçün onu saxlamağa qərar verdik".
Mütəxəssis "Neftçi" TV-nin əməkdaşı Elvin Rüstəmovun vəfatı ilə bağlı ailəsinə başsağlığı verdiyini söyləyib: "Biz onun ailəsinin yanındayıq. Bu, xoş olmayan hadisədir".