“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Bölgə təmsilçisindən Sportnet.az-a verilən məlumata görə, yarımmüdafiəçi Bəhruz Teymurov bundan sonra komandanın formasını geyinməyəcək.
28 yaşlı oyunçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
Qeyd edək ki, “Şamaxı” daha əvvəl 21 yaşlı hücumçusu Samir Qurbanovla vidalaşıb.