"Kəpəz" komandasının qış fasiləsindəki hazırlıq planı bəlli olub.
Sportnet.az xəbər verir ki, bu barədə klubun İdarə Heyətinin sədri İlqar Nadiri açıqlama verib.
Funksioner bildirib ki, "sarı-göylər" yanvarın 7-də Türkiyənin Antalya şəhərində təlim-toplanışına başlayacaq: "Hazırlıq prosesi ayın 18-dək davam edəcək. 3 yoxlama oyunu nəzərdə tutulub. Yəqin ki, qısa zamanda rəqiblərin adları mətbuata açıqlanacaq".
Qeyd edək ki, "Kəpəz" 17 turdan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.
(Report)