"İlin son oyunu idi. Bilirdik ki, ağır matç olacaq".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Turan Tovuz"la qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının XVIII tur oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis Tovuz təmsilçisinin əzmkar, yaxşı komanda olduğunu bildirib: "Kubok görüşündən sonra tonus baxımından çətin olacağını bilirdik. Çox güc sərf etmişdik. Düşünülmüş hücumlarımız oldu. Sadəcə tamamlamaqda çətinlik çəkdik".
Mövsümün uzun olduğunu xatırladan Abbasov futbolçulara da ruhdan düşməməyi tapşırdıqlarını söyləyib: "İkinci yarıda komanda daha yaxşı olacaq. Futbolçularıma təşəkkür edirəm. Sonadək oyun nizam-intizamından qopmadılar. Hələ kubokda heç nəyə nail olmamışıq. “Qarabağ”ı keçmək böyük güc tələb edir".