
"Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm".
Sportnet.az-ın məlumatına görə, bunu İsveçrənin "Qrasshopper" klubunda çıxış edən Renat Dadaşov "transfermarkt.ch" saytına müsahibəsində deyib.
23 yaşlı hücumçu son illərdə Azərbaycanda idmanın inkişaf etdiyini bildirib: "Düşünürəm ki, Qətərdəki dünya çempionatı autsayderlərin sürprizlər edə biləcəyini göstərdi. AVRO-2024-ün seçmə mərhələsində İsveç, Avstriya və Belçika kimi güclü rəqiblərimiz var. Amma əminəm ki, heç biri bizə yuxarıdan aşağı baxa bilməyəcək".
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.