Sportnet.az xəbər verir ki, aşağı liqa təmsilçiləri “Noikattaro” ilə “Kastelyana” arasında keçirilən oyunda hakim kənara vurulan topu qol kimi hesaba alıb.
Qarşılaşmanın 18-ci dəqiqəsində ikincilərin hücumu zamanı futbolçunun qapıçı ilə təkbətək epizodda zərbəsi çərçivədən yan keçib. Oyunçunun başını tutduğu bir vaxtda baş hakimin meydanın mərkəzini göstərməsi ilə “Kastelyana”nın üzvləri bunun sevincini yaşayıblar.
Qərardan şoka düşən “Noikattaro” futbolçuları isə referini mühasirəyə alaraq, uzun müddət etirazlarını bildiriblər.
Görüntülerden İtalya'dan. Şut, auta gitti. Hakemin kararı gol. ????pic.twitter.com/i63ejYZJa1
— FutbolArena (@futbolarena) January 9, 2023